PDF Oxu

Siyasət

  • 61

Sona Vəliyeva: “Mükafat ölkə başçısının mətbuata verdiyi qiymətin təzahürü idi”

Sona Vəliyeva: “Mükafat ölkə başçısının mətbuata verdiyi qiymətin təzahürü idi”

"Ölkə başçısının "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi və onun bazar günü media nümayəndələri ilə görüşü çox gözəl hal və hadisə idi". Bu sözləri SİA-ya açıqlaması zamanı Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva deyib. Onun sözlərinə görə, görüşün baş vermə günü rəmzi məna kəsb edir: "Görüş 24 noyabr bazar gününə təsadüf etdiyindən, sanki dost dostu evində qəbul edirdi. Görüş çox məhrəmanə, səmimi keçdi. Bu, hamını sevindirir. Jurnalistlərin Prezident İlham Əliyevi dost seçməyi çox mühüm hadisədir. Mükafat ölkə başçısının ölkə mətbuatına, Kütləvi İnformasiya Vasitələrinə (KİV), ölkə mediasına verdiyi qiymətin təzahürü idi. Heç bir ölkədə dövlət rəhbəri media nümayəndələrinə ev vermir. Bundan əlavə, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) xətti ilə mətbuata maddi yardımların ayrılması və digər bu kimi hadisələr ölkə rəhbərinin mediaya münasibətini göstərir. Bilirsiniz ki, jurnalistlər üçün növbəti bina da tikilir. Bu, KİV tərəfindən dost seçilən bir şəxsin evi olmayan dostlarına hədiyyəsidir . İnşallah, bu gözəl addımların davamını da görəcəksiniz".

sia.az

Digər xəbərlər