PDF Oxu

Siyasət

  • 32

Aqil Abbas: "Jurnalist peşəsini seçənlər qabiliyyət imtahanı verəcək"

Aqil Abbas: "Jurnalist peşəsini seçənlər qabiliyyət imtahanı verəcək"

"Prezident İlham Əliyevin media nümayəndələri ilə görüşü zamanı mətbuat sahəsində olan problemlərin müzakirəsi və çatışmazlıqların aradan qaldırılması üçün verdiyi tapşırıqlar ölkə başçısının mətbuata göstərdiyi diqqət və qayğının nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Abbas deyib.Onun sözlərinə görə, görüşdə bir çox məsələlər müzakirə olunub: "Belə ki, qəzetlərin satışı, onların maddi texniki bazasının gücləndirilməsi ilə bağlı prezidentin göstərişi bu sahədə canlanmaya gətirib çıxaracaq. Eyni zamanda, jurnalist peşəsini seçən abituriyentlərin qabilliyyət imtahanı vermələri ideyası vacib məsələ kimi maraq doğurdu. Cənab prezident məsələnin həlli üçün aidiyyatı orqanlara tapşırıqlarını verdi. İnanıram ki, bu sahədə qabiliyyət imtahanlarının keçirilməsi jurnalist peşəsini seçən hər bir abuturiyentə öz tövhəsini vermiş olacaq".

sia.az

Digər xəbərlər