PDF Oxu

Siyasət

  • 28

Musa Quliyev: Qarşıdakı beşillik dövr Azərbaycanın sosial dövlət yönümündə inkişafı üçün əsas mərhələ olacaq

Musa Quliyev: Qarşıdakı beşillik dövr Azərbaycanın sosial dövlət yönümündə inkişafı üçün əsas mərhələ olacaq

"Qarşıdakı beşillik dövr Azərbaycanın sosial dövlət yönümündə inkişafı üçün əsas mərhələ olacaq. Azərbaycanın sosial dövlət olması üçün xeyli işlər görülməlidir və proses gedir". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycan MDB məkanında davamlı inkişaf tempi olan, ardıcıl iqtisadi inkişafın müşahidə olunduğu dövlətdir. Onun sözlərinə görə, sosial dövlət olmaq üçün Azərbaycan inamla addımlayır.

"Azərbaycanda pensiyanın, orta aylıq əməkhaqqının artım tempi var, inflyasiya faktiki olaraq birrəqəmli səviyyədə saxlanılıb. Azərbaycan manatı dollar və avroya nisbətən möhkəmliyini qoruyub saxlayır. Aqrar sektorun inkişafı gələn ildən mühüm mərhələ kimi qarşıya qoyulub. Azərbaycanda mütləq yoxsulluğun səviyyəsi 5 faizə enib. Bir neçə ildən sonra artıq biz nisbi yoxsulluqdan danışacağıq. O zaman biz sosial dövlət ola biləcəyik. Hazırda bu istiqamətdə lazımi addımlar atılır. Qısa bir müddət ərzində biz kifayət qədər uğurlu yol keçmişik"- deyə, komitə sədrinin müavini vurğulayıb.

sia/az

Digər xəbərlər