"Əgər 2013-cü ilin dövlət büdcəsinə Dövlət Neft Fondundan transfert 11 milyard manat nəzərədə tutulmuşdusa, gələn il üçün bu rəqəm 9 milyard manat təşkil edəcək. Bu da onu göstərir ki, artıq ölkədə aparılan iqtisadi siyasətin başlıca istiqaməti ölkə iqtisadiyyatını neft faktorundan asılılığı getdikcə azaldılmasına xidmət edir". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, artıq bu istiqamətdə çox böyük işlər görülməkdədir. Onun sözlərinə görə, bu amil 2014-cü ilin dövlət büdcəsində özünü faktlarla əks etdirir.
"Bəzən elə düşünülür ki, dövlət büdcəsinə Dövlət Neft Fondundan transfert azaldılıbsa, bu ümumi dövlət büdcəsinin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Bu belə deyil. Yəni, bu proses qeri-neft sektorunun inkişafı fonunda baş verir. Gələn il qeyri-neft sektorundan gəlirlər bu ilki ilə müqayisədə xeyli dərəcədə artacaq"- deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.
yap.org.az