PDF Oxu

Siyasət

  • 21

Tahir Rzayev: Ölkəmizin regionlarında çox ciddi inkişaf müşahidə olunmaqdadır

Tahir Rzayev: Ölkəmizin regionlarında çox ciddi inkişaf müşahidə olunmaqdadır

"Dövlət büdcəsinin dinamik artımının mühüm səbəbləri var. Bu səbəb əlbəttə ki, ölkədə yürüdülən siyasətdən asılıdır". Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, ölkəmizdə düzgün siyasət aparılır və bunun nəticəsində də, dövlət büdcəsi formalaşır, əhalinin sosial rifahı gündən günə yaxşılaşır, Azərbaycanın nüfuzu yüksəlir. Onun sözlərinə görə, bu gün neft gəlirlərindən asılılığın aradan qaldırılması yönündə ciddi tədbirlər həyata keçirilir.

"Son bir neçə ildə sənaye parklarının yaradılması buna sübutdur. Həmçinin, regionların sosial-iqtisadi inkişafına önəm verilir. Bu yöndə iki dövlət proqramı qəbul olunub və bu proqramlar uğurla yerinə yetirilib. Bu gün regionlarda çox ciddi proseslər gedir, inkişaf müşahidə olunmaqdadır"- deyə, T.Rzayev qeyd edib.

yap.org.az

Digər xəbərlər