PDF Oxu

Siyasət

  • 20

Azərbaycan Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin Himayədarlar Şurasının 53-cü toplantısına ev sahibliyi edəcəkdir

Azərbaycan Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin Himayədarlar Şurasının 53-cü toplantısına ev sahibliyi edəcəkdir

Noyabrın 30-dan dekabrın 4-dək Bakıda Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) Himayədarlar Şurasının 53-cü toplantısı keçiriləcəkdir.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, toplantıda İCARDA Himayədarlar Şurasının üzvləri, Mərkəzi və Cənubi Qafqaz ölkələrinin milli kənd təsərrüfatı tədqiqatının rəhbərləri, ümumilikdə dünyanın 30 ölkəsindən 70-ə yaxın nümayəndə iştirak edəcəkdir.

Toplantıda İCARDA-nın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi tədqiqat proqramlarının nəticələri, kənd təsərrüfatı tədqiqatlarında beynəlxalq əməkdaşlığın vəziyyəti, iqlim dəyişkənliyinin kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə təsiri, növbəti illər üçün İCARDA-nın tədqiqat və investisiya planları və digər məsələlər müzakirə olunacaqdır.

yap.org.az

Digər xəbərlər