"Balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu daha da artırır". Bu haqda SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc bildirib.Onun sözlərinə görə, Azərbaycan MDB məkanındakı dövlətlərdən fərqli olaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında öz siyasi xəttini davam etdirir: "Bu düşünülmüş siyasi xəttdir. Əks halda Azərbaycan bu gün ya İrandan asılı idi, ya da Ermənistan kimi Rusiyanın koloniyasına çevrilmişdi. Yaxud da, Avrointeqrasiya və Gömrük İttifaqı arasında çıxılmaz vəziyyətdə qalardı. Lakin hazırda Azərbaycan öhdəliksiz və heç bir asılılığı olmadan müstəqil şəkildə milli maraqlar çərçivəsində siyasət yürüdür".
sia.az