Zahid Qaralov: "YAP 1993-cü ildən başlayaraq sürətli təşkilatlanma dövrü başladı"
Dünən YAP Səbail rayon təşkilatının qərargahında təşkilatında təşkilatın idarə heyətinin genişləndirilmiş toplantısı keçirildi. Toplantıda YAP İdarə Heyətinin üzvü, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov ilk öncə gündəlikdə duran "YAP Səbail rayon təşkilatınnı yaradılmasının (21 fevral, 1993-cü il) 21-ci ildönümünün yüksək səviyyədə qeyd olunması barədə" məsələyə aydınlıq gətirdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması və qısa müddət ərzində ölkədə aparıcı siyasi qüvvəyə çevrilməsində Ümummilli Liderimiz Heydər Əliyevin əvəzsiz rolu, 21 il ərzində partiyanın əldə etdiyi nailiyyətlər, ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün həyata keçirdiyi işlər barədə geniş məlumat verdi: "1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmadan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. Məhz həmin dövrdə yeni yaranan partiya möhkəmləndi və inkişaf etdi, ölkədə əmin-amanlığın yaradılması, iqtisadi inkişafa başlanmasına öz töhfələrini verdi"."YAP 1993-cü ildən başlayaraq sürətli təşkilatlanma mərhələsi dövrü başladı"- fikrini deyən Z.Qaralov onu da vurğuladı ki, 1993-cü il fevralın 21-də ADPU-nun akt zalında YAP Səbail rayon təşkilatının konfransı keçirildi: "Bu gün YAP-ın sıralarında birləşən yüz minlərlə insan Ulu Öndər Heydər Əliyevin davamçısıdır. Yeni Azərbaycan Partiyasının ilk yaranan rayon təşkilatlarından biri olan Səbail rayon təşkilatında bu gün 107 ilk ərazi təşkilatında 22636 nəfər üzv vardır. Təşkilat üzvlərinin 55,7%-ni qadınlar təşkil edir, təşkilatın 65,2%-i gənclərdir".Z.Qaralov YAP Səbail rayon təşkilatının yaranmasınnı 21-ci ildönümü ilə bağlı tədbirlər planının hazırlandığını bildirdi: " Keçiriləcək tədbirlərin yüksək səviyyədə aparılması üçün təşkilat komitəsi yaradılmamalıdır." Təbir iştirakçıları yekdilliklə bu təklifi qəbul etdilər. Həmçinin, yığıncaqda təşkilat komitəsinin üzvləri seçildi. Z.Qaralov ilk ərazi təşkilatlarında 2013-cü ildə görülmüş işlərin hesabatının, 2014-cü il üzrə fəaliyyət proqramının hazırlanması və rayon təşkilatına təqdim olunması barədə məlumat verdi. Bildirdi ki, ilk təşkilat sədrləri 15 dekabr 2013-cü ilə qədər il ərzində görülmüş işlər barədə hesabatı və 2014-cü ildə görüləcək işlər barədə illik planı rayon aparatına təqdim etsinlər: "Eyni zamanda, 2014-cü ildə görüləcək iş planında ənənəvi bayramlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümü, qurtuluş və digər tarixi hadisələrin qeyd olunması, partiyanın inkişafı üzrə vəzifələr də nəzərdə tutulmalıdır. Başqa partiyalarla əlaqələr, bitərəf gənclərlə iş üzrə tədbirlər də nəzərə alınmalıdır".YAP Səbail rayon təşkilatının sədri qocaman partiya üzvlərinin Ümummilli Liderlə bağlı maraqlı xatirələrini, fikirlərini mətbuatda, sosial şəbəkələrdə çıxış etmək təklifini irəli sürdü. Z.Qaralov 20 il dəyişilməyən müxalifət düşərgəsi haqqında da fikirlərini söylədi: "Bu gün gəncləri müxtəlif aldadıcı vədlərlə öz tərəflərinə çəkməyə cəhd edən ənənəvi müxalifət təmsilçiləri bunu edə bilmədikləri üuçün qaragüruhçu əməllərlə məhşğul olurlar. 20 ildir ki, dəyişilməyən müxalifətin bundan sonra da hər hansı uğur qazanması real görünmür".
RƏFİQƏ KAMALQIZI