PDF Oxu

Siyasət

  • 25

Azərbaycanın 10 ildə əldə etdiyi uğurlar nəticəsində borc alan ölkədən borc verən ölkəyə çevrilib

Azərbaycanın 10 ildə əldə etdiyi uğurlar nəticəsində borc alan ölkədən borc verən ölkəyə çevrilib

Misirin populyar "Logistics News" həftəlik qəzetində Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı səfir Şahin Abdullayevin məqaləsi dərc edilib.Məqalədə Azərbaycanda seçkiqabağı vəziyyət və namizədlər üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib. Səfir prezident seçkilərini müxtəlif ölkələrdən, beynəlxalq və regional təşkilatlardan çoxsaylı müşahidəçilərin izlədiyini diqqətə çatdırıb.Ş.Abdullayev namizədlərin seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziyada ödənişsiz efir vaxtından və digər mətbuat vasitələrindən istifadə etmək hüququna malik olduqlarını vurğulayıb. Seçkilərdə 10 namizədin iştirak etdiyini yazan müəllif İlham Əliyevin böyük səs çoxluğu ilə rəqiblərinə qalib gəldiyini qeyd edib.Məqalədə səfir Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın regiondakı əsas tərəfdaşı olduğunu, eyni zamanda, ölkənin xarici siyasətinin əsas prioritetlərindən birinin ərəb-islam dünyası ilə əməkdaşlığın təşkil etdiyini oxucuların diqqətinə çatdırıb. O, Azərbaycanın 10 ildə əldə etdiyi uğurlar nəticəsində borc alan ölkədən borc verən ölkəyə çevrildiyini də vurğulayıb.Səfir, həmçinin Azərbaycanın kifayət qədər mürəkkəb, eyni zamanda, strateji əhəmiyyətli bölgədə yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən bir tərəfdən milli maraqlarını qorumaq və regionun aparıcı dövləti statusunu saxlamaq, digər tərəfdən bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinə malik olmaq meyarlarından çıxış etdiyini bildirib.Müəllif Azərbaycan hökumətinin ötən 10 il ərzində həyata keçirdiyi uğurlu islahatlardan, ölkənin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən söz açmış və bütün bu müvəffəqiyyətlərin əsas səbəbi kimi daxili siyasi sabitliyin təmin olunmasını göstərib. O, əldə edilmiş uğurları dövlətin iqtisadi qüdrətinin artması və xarici asılılığın tamamilə aradan qalxması ilə əlaqələndirib.Azərbaycanın neft-qaz ölkəsi kimi tanınması ilə yanaşı, qeyri-neft sektorunun da inkişafından yazan səfir xarici valyuta ehtiyatlarının 48 milyard manatı keçdiyini diqqətə çatdırıb.Turizm sektorunun inkişafına toxunan Ş.Abdullayev 2012-ci ildə Azərbaycana gələn xaricilərin sayının iki milyondan çox olduğunu bildirib.Məqalədə ötən 10 ildə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də ətraflı bəhs edilib.

sia.az

Digər xəbərlər