Bu gün "Şərq Tərəfdaşlığı" Proqramı ölkələrinin Vilnüsdə yüksək səviyyədə görüşü ərəfəsində Şərq Tərəfdaşlığı ölkələrinin ikinci forumu keçiriləcək. SİA-nın məlumatına görə, Forumda Litvanın Baş naziri Algirdas Butkyaviçyus, Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer, Litva Sənaye Konfederasiyasının prezidenti Robertas Darqis məruzə edəcəklər.Forumda Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun, Aİ-nin ticarət məsələləri üzrə komissarı Karel de Quhtun, Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Fyulenin, İsveçin xarici işlər naziri Karl Bildtin, habelə Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin digər yüksək vəzifəli şəxslərinin, iş adamlarının iştirakı gözlənilir.Qeyd edək ki, biznes-forum yeni əlaqələr qurmağa, təcrübə mübadiləsi aparmağa, tərəfdaş ölkələrə sərmayə yatırmaq, Şərq Tərəfdaşlığının konkret layihələrini birgə həyata keçirmək imkanlarını müzakirə etməyə imkan yaradacaq.
sia.az