PDF Oxu

Siyasət

  • 42

Seymur Orucov: “Dövlətin gənclərə olan yüksək diqqət və qayğısı göz önündədir”

Seymur Orucov: “Dövlətin gənclərə olan yüksək diqqət və qayğısı göz önündədir”

"Ulu öndər Heydər Əliyev hər bir sahəyə olduğu kimi, gənclərə də diqqət və qayğı göstərib. Bu gün isə Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev gənclərə olan diqqət və qayğısını əsirgəmir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov söyləyib.O, həmçinin qeyd edib ki, gənclərə göstərilən diqqət və qayğı nəticəsini də verir: "Bu gün Azərbayacan gəncləri hər sahədə öz sözünü layiqincə deyir. Gənclərimiz uğurlar qazanır və yeni-yeni layihələrə imza atırlar. Bu isə öz növbəsində Azərbaycanda gənclər sahəsinə göstərilən diqqətin, qayğının bariz nümunəsidir. Məhz, bu qayğının sayəsində gənclər ictimai-siyasi sferada aktiv iştirak edirlər. Heç bir şüphə yoxdur ki, gənclərimiz bu gün olduğu kimi, gələcəkdə də Prezident İlham Əliyevin ətrafında sıx birləşərək daha böyük uğurlar qazanacaq. Biz göstərilən bu diqqətə görə, ölkə başçısına bir daha öz təşəkkürümüzü bildiririk".

sia.az

Digər xəbərlər