PDF Oxu

Siyasət

  • 36

Asəf Hacıyev: Azərbaycan Avropaya inteqrasiyaya böyük əhəmiyyət verir

Asəf Hacıyev: Azərbaycan Avropaya inteqrasiyaya böyük əhəmiyyət verir

"Prezident İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III zirvə toplantısında iştirak etməsi o anlama gəlir ki, Azərbaycan Avropaya inteqrasiyaya böyük əhəmiyyət verir". Bu fikri Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev deyib.

A.Hacıyev bildirib ki, Azərbaycanın apardığı balanslaşdırılmış siyasət bütün ölkələrlə əməkdaşlıq etməyə imkan verir. Onun sözlərinə görə, Azərbaycan işğalçı Ermənistandan başqa bütün ölkələrlə dostluq, əməkdaşlıq edir.

"Ancaq bu əməkdaşlıq elə olmalıdır ki, heç kimin milli maraqlarına zərər vurulmasın. Prezident İlham Əliyevin Vilnüsə səfəri Azərbaycanın Avrointeqrasiya yolunu tutduğunu bir daha təsdiqləyir"- deyə, A.Hacıyev qeyd edib.

yap.org.az

Digər xəbərlər