PDF Oxu

Siyasət

  • 39

Xəzər İbrahim: Azərbaycan NATO-nun ən etibarlı tərəfdaşlarından biri kimi qəbul olunur

Xəzər İbrahim: Azərbaycan NATO-nun ən etibarlı tərəfdaşlarından biri kimi qəbul olunur

"NATO və Azərbaycan demokratik, institusional və müdafiə islahatlarında fəal əməkdaşlıq edirlər". Bu fikri Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim deyib.

X.İbrahim bildirib ki, ötən 10 il ərzində tərəflər arasında mülki müdafiənin planlaşdırılması, elmi mübadilə, ətraf mühitin mühafizəsi və ictimai informasiya kimi sahələrdə birgə çalışmaları olub. Onun sözlərinə görə, Azərbaycan NATO-nun ən etibarlı tərəfdaşlarından biri kimi qəbul olunur.

"Azərbaycanın NATO ilə dialoqu sadəcə müxtəlif missiyalar zamanı insani və təchizat dəstəyini təmin etmək kimi sırf siyasi öhdəlikdən ibarət deyil. Azərbaycan mənəvi və hüquqi məsələləri əhatə edən planlarda da fəal iştirak edir və NATO-nun ambisiyalarına sadiqdir"- deyə, diplomat vurğulayıb.

yap.org.az

Digər xəbərlər