PDF Oxu

Siyasət

  • 30

Ziyad Səmədzadə: Azərbaycanda qorunan bank əmanətlərinin maksimal limiti 50 min manata çatdırıla bilər

Ziyad Səmədzadə: Azərbaycanda qorunan bank əmanətlərinin maksimal limiti 50 min manata çatdırıla bilər

Azərbaycanda qorunan bank əmanətlərinin maksimal limiti 50 min manata çatdırıla bilər. Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Z.Səmədzadə qeyd edib ki, qorunan bank əmanətlərinin maksimum dərəcəsinin 30 min manatdan 50 min manata çatdırılması üçün qərar qəbul olunacaq.

Qeyd edək ki, hər bir sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir.

1 avqust 2013-cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faiz olub. 01 avqust 2013-cü il tarixindən etibarən üzv banklarda illik 10 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir.

yap.org.az

Digər xəbərlər