ABŞ-ın Kaliforniya ştatının Haylənd şəhərinin meriyası noyabrın 26-da Azərbaycanın işğal altında olan Laçın şəhəri ilə qardaşlaşıb.eyni zamanda, meriya qondarma "Dağlıq Qarabağ Respublikası"nı da tanıyıb. Bununla əlaqədar olaraq YAP Gənclər Birliyi internet vasitəsilə etiraz aksiyasına başlayıb.
Bu barədə yap.org.az saytına məlumat verən YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva bildirib ki, Haylənd şəhərinin meriyasının belə bir addım atması təəssüf doğurur. Onun sözlərinə görə, bu addım ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyəti, dünyaya bəyan etdiyi demokratiya, insan haqları kimi çağırışları ilə tam ziddiyyət təşkil edir.
"Bu səbəbdən YAP Gənclər Birliyi bu gündən internet aksiyasına start verib. YAP Gənc Birliyinin üzvləri Haylənd şəhərinin meriyasının elektorn səhifəsinə daxıl olub və orada elektorn ünvanları götürərək meriyanın rəhbər şəxslərin tək-tək müraciətlər göndəririk. Bu proses bir neçə gün davam edəcək. Biz Azərbaycanın haqq səsisini dünyaya çatdırırıq. Aksiya çərçivəsində elektron ünvanlara göndərilən etiraz məktublarında Ermənistanın işğalçılıq siyasəti, Xocalıda və digər yerlərdə dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklər haqda geniş məlumatlar verilir. Çox güman ki, Haylənd şəhərinin meriyası bu məlumatlardan kənarda qaldıqları üçün belə səhv addım atıblar. Buna görə də, Kaliforniya ştatının Haylənd şəhəri meriyasının bu addımdan geri çəkilməsi üçün belə etiraz aksiyasına başlamaışıq. "facebook" sosial şəbəkəsində YAP Gənclər Birliyinin Qələbə səhifəsində bütün gənclərə çağırış etmişik ki, bizə qoşularaq etiraz səslərini ucaltsınlar"- deyə, YAP GB-nin sədr müavini vurğulayıb.
A.Əliyeva YAP GB-nin əvvəllər də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar internet aksiyaları keçirdiyini xatırladıb.
yap.org,az