Bu gün Litva paytaxtı Vilnüsda "Şərq tərəfdaşlığı" sammitinin açılışı olacaq. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sammit öncəsi dövrün ən yaddaqalan hadisəsi Ukraynanın qəfil addım ataraq Avropa Birliyi (AB) ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsi olub.Hazırda sammitin gündəliyində Gürcüstanla və Moldova ilə sazişlərin bağlanması gözlənilir. Gürcüstanla sazişə azad ticarət barədə anlaşma da daxildir. Avropa Komissiyasından verilən məlumata görə, sammitdə Gürcüstanla böhranların nizamlanması üzrə AB əməliyyatlarında iştirak barədə çərçivə sazişi imzalanacaq, həmçinin Ukrayna ilə vahid aviasiya zonası barədə saziş paraflanacaq.Sammitin saytında yerləşdirilən məlumata görə, Vilnüsa tərəfdaşlığın iştirakçısı olan altı ölkənin - Ermənistanın, Azərbaycanın, Belarusun, Gürcüstanın, Moldavanın və Ukraynanın nümayəndə heyətləri gələcək. Sazişlərin imzalanması noyabrın 29-da nəzərdə tutulub.
sia.az