Cənab Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqda sərəncamı əlbəttə hər bir Azərbaycan vətəndaşı kimi məndə də qürur və minnətdarlıq hissi yaradır. Amma əslində bu gözlənilən qərar idi. Çünki, cənab Prezident hər zaman Azərbaycan tarixinə, milli-mənəvi dəyərlərimizə sayğı və həssas münasibət göstərib". Bunu SİA-ya Milli Məclisin deputatı Etibar Hüseynov deyib.Parlament üzvünün sözlərinə görə, bu həm də milli dövlətçilik ənənəsinə İlham Əliyevin verdiyi qiymətdir: "Məhz cənab Prezidentin dövlətçilik ənənəsinə qiymət verməsi və onu uca tutması onun seçkilərdə parlaq qələbəsinin səbəblərindən biridir".Cəmil Həsənlinin ABŞ səfərinin yekunu ilə bağlı məsələyə də münasibət bildirən Etibar Hüseynov bildirib ki, bugünkü müxalifət Azərbaycan xalqına yox, hansısa mücərrəd beynəlxalq dəstəyə güvənir. Bu cür düşüncə tərzinə ancaq təəssüflənmək olar. Əgər fikir versəniz görərsiniz ki, müxalifətin lideri olaraq Cəmil Həsənli özü-özünü təkzib edən bəyanatlar verir. Bir tərəfdən deyir ki, Azərbaycanda vəziyyət çox pisdir, digər tərəfdən də okeanın o tayında Azərbaycandakı vəziyyətdən xəbərdar olduqlarını bildirir. ABŞ prezidentinin İlham Əliyevə seçkilərdə qələbə münasibəti ilə təbrik məktubu göndərməsi, müxtəlif vaxtlarda Azərbaycana verdiyi önəm, digər ABŞ siyasətçilərinin ölkəmizə səfərləri və Azərbaycan haqda dediyi xoş sözləri yada salın. Azərbaycanda olanlardan xəbərdardırlarsa və xoş sözlər deyirlərsə, deməli vəziyyət müxalifətin və Cəmil Həsənli gördüyü və dediyi kimi deyil. Müxalifət həmişə qara yaxmaqla məşğul olub və bu kursu indi də Cəmil Həsənli davam etdirir. Amma həqiqət odur ki, müxalifət getdikcə xalqdan uzaqlaşır. Son seçkilərdə də bunun bir daha şahidi olduq".
sia.az