"Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bir daha sübut etdi ki, ölkə başçısı tarixi şəxsiyyətlərə diqqətlə yanaşır. Əlbəttə, hər kəs bu addımı alqışlayır və hamımız sevinirik". Bu fikirləri SİA-ya açıqlamasında tarixçi-alim Nəsiman Yaqublu bildirib.O, həmçinin qeyd edib ki, M.Ə.Rəsulzadənin yubileyinin qeyd edilməsi bir daha tarixin səhifələrini vərəqləməklə həmin önəmli günləri yad etməkdir: "Bu sərəncam özündə bir çox mətləbləri birləşdirir. Bu çox müsbət addımdır. Bu sərəncamla biz bir daha M.Ə.Rəsulzadənin və o zamanki dövrdə onun silahdaşlarının xatirəsini yad etmiş olacayıq".
sia.az