Azərbaycan Respublikası Milli Məclisinin deputatları Sahibə Qafarova, Gülçöhrə Məmmədova, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı "Qadınlar parlamentdə qlobal forumu"nun illik toplantısında iştirak etmək üçün Belçikanın Brüssel şəhərinə yola düşmüşlər.
Avropa Parlamentində keçiriləcək tədbirdə fəal siyasətçi qadınlar bir sıra aktual məsələləri müzakirə edəcəklər. Forum çərçivəsində "Cəmiyyətin yenidən formalaşmasında qadınların liderliyinin rolu", "Sülh və təhlükəsizlikdə ana amili", "Cəmiyyətdəki sosial bərabərsizliyin aradan qaldırılmasında qadınlar" kimi mövzular gündəmdə olacaqdır.
Səfər noyabrın 30-da başa çatacaqdır.
AzərTAc