PDF Oxu

Siyasət

  • 20

"Kadr dəyişikliklərinin müxalifətə heç bir aidiyyəti ola bilməz"

"Kadr dəyişikliklərinin müxalifətə heç bir aidiyyəti ola bilməz"

" "Milli Şura"nın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin dünən keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası prezidentinin bundan öncə apardığı siyasi kurs və ölkədə aparılan hüquqi-siyasi islahatlarla bağlı səsləndirdiyi iddiaları tamamilə gülüncdür. Həmin qurum o dərəcədə zəifləyib ki, artıq hakimiyyət üçün yox, daxildə rəhbərlik qazanmaq uğrunda mübarizələr qızışıb". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.Onun sözlərinə görə, "Milli Şura" anlamalıdır ki, həmin qurum strateji cəhətdən çoxdan məğlub olub: "Prezident həm dövlətin, həm də hökumətin başçısıdır. Hökumətin yeni dəyişikliyi də təbii ki, Onun öz şəxsi istəyi ilə həyata keçirilib. Bir sözlə, hökumətdə kadr strategiyasını prezident həll edir. Buna görə də dövlət başçısı nəyi necə məsləhət bilirsə, elə də edir. Misal olaraq, müdafiə naziri dəyişdi. Hazırda müdafiə sahəsində xüsusi canlanma müşahidə olunur. Bu sahə ilə bağlı artıq cəmiyyətdə böyük inam yaranıb. Bütün bunların hamısı Prezident İlham Əliyevin uğurlu siyasətinin göstəricisidir"."Dövlət başçısının ölkədə baş verənlərdən xəbəri var. Baş verən kadr dəyişikliklərinin isə müxalifətlə heç bir aidiyyəti ola bilməz. Axı müxalifətin nə gücü var ki, hələ onların hər hansı bir rəyi də nəzərə alına? Cənab prezident zaman-zaman kadr islahatları həyata keçirib. İnanıram ki, bundan sonra da bu islahatlar müsbət istiqamətdə davam edəcək. Çünki cənab Prezident İlham Əliyev dəfələrlə çıxışında qeyd edib ki, hər zaman sistemli şəkildə islahatlar olacaq. Bir sözlə, aparılan islahatlar hələlik başa çatmış sayılmır və bunun davamı olacaq" – deyə partiya sədri məsələ ilə bağlı fikirlərinə əlavə edib.

sia.az

Digər xəbərlər