PDF Oxu

Siyasət

  • 35

Cümşüd Nuriyev: “Azərbaycan sammitdə siyasi gücümüzü bir daha Avropaya nümayiş etdirəcək”

Cümşüd Nuriyev: “Azərbaycan sammitdə siyasi gücümüzü bir daha Avropaya nümayiş etdirəcək”

"Azərbaycan Vilnüsdə keçiriləcək sammitdə öz maraqları naminə işirak edir". Bu sözləri SİA-ya politoloq Cümşüd Nuriyev Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı"ölkələrinin Sammitdə Azərbaycanın iştirakı ilə bağlı danışarkən deyib.Azərbaycanın əvvəlcədən "Qoşulmamaq hərəkatı" ilə bağlı verdiyi bəyanatı xatırladan politoloqun sözlərinə görə, ölkəmiz Assosiativ sazişi imzalamaq fikrində deyil. Azərbaycanın Avropaya inteqrasiyaya üstünlük verdiyini dilə gətirən C. Nuriyev bildirib ki, ölkəmizin 3 il öncə Avropa İttifaqı ilə enerji sahəsində imzaladığı saziş buna bariz nümunədir: "Azərbaycan Avropa İttifaqı ilə hər cür münasibət qurmağa çalışır. Ölkəmizin təhükəsizlik proqramında 3 əsas istiqamətdən ikincisi avrosentrizimdir. Azərbaycan qərbə inteqrasiya edir, amma bütün hallarda Qərb Azərbaycanın maraqlarını başa düşməlidir. Azərbaycanın ən böyük marağı ərazi bütövlüyüdür. Biz Ermənistanla hər hansı bir təşkilatda bir yerdə ola bilmərik. Ona görə də ölkəmiz bunu Gömrük İttifaqı ilə bağlı məsələdə də gündəmə gətirib".Poltoloq vurğulayıb ki, Azərbaycanın Avropa üçün önəmi çox yüksəkdir: "Qafqaz uğrunda çox böyük savaş gedir. Dünyanın əsas gücləri olan Amerika, Avropa Birliyi və Rusiyanın əsas məqsədi Qafqazda möhkəmlənmək və Qafqaz siyasətini həyata keçirməkdir. Qafqazın açarı isə Bakıda, Prezident İlham Əliyevin əlindədir. Ölkə başçısının yürütdüyü ağıllı siyasət Azərbaycanı Qafqazda lider ölkəyə çevirib. Dünya gücləri bunu başa düşür və bununla hesablaşırlar. Bu gün Aərbaycan dünyanın siyasi nəzər dairəsindədir. "Şərq tərəfdaşları" ölkələri də Vilnüsdə keçiriləcək sammitdə nəzərlərini Azərbaycana yönəldiblər. Belə ki, bu sammitdə Azərbaycanla Avropa Birliyi arasında sadələşdirilmiş viza rejimi ilə bağlı saziş imzalanacaq. Azərbaycan öz siyasətində Avropa Birliyi ilə birgə fəaliyyətinə xüsusi önəm veirir. Lakin Azərbaycanın Avropanın Azad İqtisadi zonasına daxil olmaqla bağlı heç bir fikri yoxdur. Ukraynadan fərqli olaraq Azərbaycan üçün bu önəm daşımır. Azərbaycan bütün hallarda öz maraqlarına uyğun hərəkət edir. Bu sammitdə də Azərbaycan ölkə maraqlarına uyğun hərəkət etmək taktikasına önəm verəcək. Bu taktika ölkəmizə hər zaman uğur gətirib, bu dəfə də uğur gətirəcək. Sözügedən sammit Azərbaycan üçün özünün siyasi iradəsini nümayiş etdirmək, ölkə başçısının ölkəmizin ərazi bütövlüyü ilə bağlı siyasi gücünü bir daha Avropaya nümayiş etdirməsi ilə yadda qalacaq. Sammitin Azərbaycan üçün bundan başqa ciddi bir önəmi yoxdur".

sia.az

Digər xəbərlər