Litvanın Aİ-yə sədrlik etməsi simvolik məna kəsb edir. Bu haqda SİA Fransanın "El Pais" nəşrinə istinadən xəbər verir.Nəşr qeyd edir ki, 1991-ci ilə qədər keçmiş SSRİ-nin tərkib hissəsi olan bir dövlətin Avropa İttifaqına sədrlik etməsi ilk dəfədir və bu faktorla Rusiyanın barışması çox çətindir: "Avropa İttifaqı Rusiyanın rəqibi hesab edilən ABŞ-ın başçılıq etdiyi NATO-nun yalnız sivil qanadıdır. O üzdən Rusiya Aİ-nin və NATO-nun onun sərhədlərinə yaxınlaşmasını böyük faciə kimi qəbul edir. Bu gün Rusiya öz beynəlxalq çəkisini qaldırmaqdan ötrü keçmiş sovet ölkələrinin idxalına və təbii qaz təchizatına mane olmaq niyyətindədir. Bu gərgin vəziyyətdə Aİ-yə sədrlik edən Litvanın başlıca hədəfi Avropa İttifaqı çərçivəsində Ukrayna, Gürcüstan və Moldova ilə saziş imzalamaqdır".Nəşr yazır ki, Gömrük İttifaqının mövcudluğu Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətləri daha da gərginləşdirəcək: "Çünki Rusiya Ukrayna, Moldova və Gürcüstanı itirmək niyyətində deyil".
sia.az