Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası dekabrın 9-da Brüsseldə keçiriləcək. Bu barədə AB-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Şuranın iclasları ildə bir dəfə keçirilir və tərəflər arasındakı siyasi dialoqun tərkib hissəsidir.
Görüş zamanı əməkdaşlığın cari vəziyyəti və perspektivləri, o cümlədən Avropa Qonşuluq Siyasəti və "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
sia.az