"Azərbaycan Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı"ölkələrinin Sammitində Assosiativ üzvülük sazişinə qoşulmaq üçün iştirak etmir. Sammitdə Azərbaycanla Avropa Birliyi viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayacaq və bununla da ölkəmizin Sammitdəki iştirakı başa çatmış olacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, bununla qapı bağlanmır ona görə ki, Azərbaycan hələ Rusiya ilə müəyyən danışıqlar prosesindədir: "Ortada Dağlıq Qarabağ problemi var və probemin həlli istiqamətində Rusiya ilə danışıqlar prosesi gedir. Əgər bu proses uğurla nəticələnsə, Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığını bu səviyyədə saxlayacaq. Əgər uğurlu nəticə əldə olunmasa, o zaman ölkəmiz Avropaya İnteqrasiya xəttini davam etdirəcək. Ola bilsin ki, gələcəkdə Avropa Birliyi ilə Assoasiativ üzvülük sazişini imzalayaq. Azərbaycan mərkəzdə Dağlıq Qarabağ problemi durmaqla Rusiya ilə Gömrük və Avrasiya İttifaqı məsələsi ətrafında da müəyyən danışıqlar və məsləhətləşmələr aparır. Bu prosesdə Azərbaycanı qane edən məqamlar olsa, ölkəmiz bu birliklərə hüquqi deyil müşahidəçi şəklində daxil ola bilər. Proseslərin sonrakı inkişafında qurumların Azərbaycanın geostrateji iqtisadi maraqları ilə uyğunluğu məsələsi müzakirə olunacaq və ondan sonra qərar veriləcək".
sia.az