PDF Oxu

Siyasət

  • 34

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanı Aİ ilə viza sadələşdirilməsinə dair sazişi imzalaması münasibətilə təbrik edib

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanı Aİ ilə viza sadələşdirilməsinə dair sazişi imzalaması münasibətilə təbrik edib

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Herman Van Rompuy Azərbaycanı və ölkə prezidenti İlham Əliyevi Avropa İttifaqı ilə viza sadələşdirilməsinə dair sazişin imzalanması münasibətilə təbrik edib. Trend-in məlumatına görə, Herman Van Rompuy bunu Vilnüsdə 3-cü Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilən imzalanma mərasimində çıxışı zamanı bildirib.

Herman Van Rompuy deyib: "Viza sadələşdirilməsinə dair sazişin imzalanması Azərbaycanın Aİ-yə daha da yaxınlaşması istiqamətində atılan növbəti addımdır".

Aİ Şurasının prezidenti qeyd edib ki, Aİ Azərbaycanla yaxın zamanda readmissiya sazişi və mobillik üzrə tərəfdaşlığa dair sazişin imzalanmasını səbrsizliklə gözləyir.

yap.org.az

Digər xəbərlər