PDF Oxu

Siyasət

  • 39

İsmayıl Alper Coşqun: “Azərbaycanla Türkiyə çox ciddi layihələr üzərində çalışır”

İsmayıl Alper Coşqun: “Azərbaycanla Türkiyə çox ciddi layihələr üzərində çalışır”

"Bu görüşlərin hər biri çox uğurlu və yadda qalacaq səviyyədə sona çatdı"

"Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışır". Bunu SİA-ya Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycan-Türkiyə əlaqələrindən danışarkən deyib.Səfir deyib ki, Azərbaycan-Türkiyə prezidentləri arasında görüşlər təşkil edilərkən həm dünyanın, həm də iki ölkənin problemləri (Dağlıq Qarabağ və s.) müzakirə obyektinə çevrilir: "Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 12-13-də Türkiyəyə çox uğurlu bir səfər reallaşdırdı. Bildiyiniz kimi bu, İlham Əliyevin 9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkilərindən sonra Türkiyəyə ilk səfəri idi. Bu görüşdə Türkiyə prezidenti Abdulla Gül tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə "Dövlət Nişanı" təqdim edildi. Təbii ki, simvolik xarakter daşıyan bu "Dövlət Nişanı" iki ölkə arasındakı birliyin, gücün və qarşılıqlı əməkdaşlığın təzahürü idi. Görüşün ikinci günündə isə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə hər iki dövlətin nümayəndələrindən ibarət böyük iclas keçirildi. Bu görüşlərin hər biri çox uğurlu və yadda qalacaq bir səviyyədə sona çatdı. Burada ikitərəfli əməkdaşlığa dair müqavilələr və sənədlər imzalandı. Xüsusilə bu görüşlərdə işbirliyinə dair "Yol xəritəsi" ilə bağlı layihə çıxdı. Bu layihə ilə iki dövlət arasındakı ticari əlaqələrin 2020-23-cü illərdə 15 milyard dollar çatdırılması bir hədəf olaraq seçildi. Ümumiyyətlə görüşdə ikitərəfli ticari, iqtisadi əlaqələrin inkişafına dair yüksək səviyyəli qərarlar verildi. Xüsusilə Azərbaycan-Türkiyə arasında viza rejimi ləğv edildi. Bununla belə, bütün sahələrdə ən önəmlisi isə hərb sahəsində vacib məsələlər müzakirə edildi".İ.A.Coşqun sözlərinə əlavə edib ki, Azərbaycan və Türkiyə dövlətləri çox ciddi layihələr üzərində çalışır: "Biz Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin 20-ci yüz ilin ən iri layihələrindən biri olaraq düşünürüksə, 21-ci yüz ildə Bakı-Tbilisi-Qars, TANAP layihələrini uğurla sona çatdıracayıq. Eləcə də bu görüşdə Naxçıvan şəhərinə dəmir yol, qaz xəttinin çəkilişi ilə bağlı müzakirələr aparıldı".

sia.az

Digər xəbərlər