"Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Cənab prezidentin Fərmanı ictimaiyyət tərəfindən müsbət qarşılandı. Bu qanun layihəsinin qəbulunu zəruri edən şərtlərdən biri son zamanlar xüsusilə də, özəl kilinikalarda doğuş prosesinin təbii yolla deyil, qeysəriyyə əməliyyatı ilə aparılmasına üstünlük verilməsi oldu". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.Millət vəkilinin sözlərinə görə, həmin qanun layihəsinin əsas qayəsi qeysəriyyə kəsiyi əməliyyatlarının aparılmasına qarşı ciddi sanksiyaların tədbiq olunmasıdır: "Tibbi əsasları olmadan, qeyri-qanuni qeysəriyyə əməliyatlarının aparılmasına görə təqsirli kəslər inzibati məsuliyyətə cəlb olunacaqlar. Çünki bir çox hallarda qeysəriyyə əməliyyatı ilə həyata keçirilən doğuşdan sonra həm ananın, həm də körpənin səhətində ciddi fəsadlar ortaya çıxır. Hətta ölümlə belə nəticələnir. Bu bir növ də biznes vasitəsinə çevrilib. Belə ki, müəyyən həkimlər var ki, bu əməliyyatın baha başa gəldiyindən normal doğuşdan imtina edirlər".Millət vəkili onu da vurğuladı ki, dəyişikliyə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar.
sia.az