"Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında III "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində viza rejiminin sadələşdirilməsi barədə sazişin imzalanması ölkəmizə bir çox dividentlər gətirəcək. Saziş ölkəmizin Avropaya inteqrasiyanın sürətlənməsini təmin edəcək". Bu fikrləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.Millət vəkilinin sözlərinə görə, sözügedən sazişin imzalanması ölkəmizin heç bir dövlətdən asılı olmadığının və apardığı müstəqil siyasətin göstəricisidir: "Azərbaycan siyasi və iqtisadi cəhətdən bir çox dövlətlərə nümunə olacaq qədər güclüdür. Bunu ölkə başçısının imzaladığı beynəlxalq sazişlərdən də görmək mümkündür".
sia.az