"Putinin Ermənistana səfəri iki ölkə arasında əməkdaşlığa deyil, başqa məqsədə qulluq edir. Burada böyük bir layihənin Putin tərəfindən işlənməsindən söhbət gedir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc söyləyib.O, həmçinin qeyd edib ki, Putin Ermənistana getməklə, hansısa xarici ölkəyə deyil, elə öz əyalətlərindən birinə getmiş sayılır: "Putinin bu səfəri və Ermənistanda əsgərlərin sayının artırılması ona gətirib çıxarır ki, Rusiya bölgədə silahlanmanı təmin etmiş olur və hamını sürətlə silahlanmaya təhrik edir. Bu isə regionda sülhün davamlı olmasına təhdiddir".
sia.az