PDF Oxu

Siyasət

  • 43

MDB PA: "Azərbaycanda seçkilər şəffaf, ədalətli və beynəlxalq hüquq normalarına uyğun keçirilib"

MDB PA: "Azərbaycanda seçkilər şəffaf, ədalətli və beynəlxalq hüquq normalarına uyğun keçirilib"

Noyabrın 28-də Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti MDB PA-nın Şura iclasında iştirak edib.Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyindəki 29 məsələdən biri - MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili məsələsi olub.MDB PA-nın müşahidə missiyasının hazırladığı yekun sənəddə oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri yüksək qiymətləndirilib. Qeyd olunub ki, ölkəmizdə seçkilər şəffaf, ədalətli, seçici hüquqlarının qorunması şəraitində və beynəlxalq hüquq normalarına uyğun keçirilib.O.Əsədov Azərbaycanda prezident seçkilərində qurum nümayəndələrinin müşahidəçilik missiyasını obyektiv yerinə yetirdiklərinə görə bu sahədə fəaliyyət göstərən institut və təşkilatlara öz təşəkkürünü bildirib.

sia.az

Digər xəbərlər