"Hesab edirəm ki, cənab Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdim olunması onun bütün sahələrdəki uğurunun bariz göstəricisidir". Bunu SİA-ya millət vəkili Qənirə Paşayeva deyib."Çünki dövlət başçısı öz fəaliyyəti ilə həqiqətən də "jurnalistlərin dostu"dur. Siyasi mənsubiyyətindən, ideoloji fikirlərindən asılı olmayaraq, jurnalistlər də bunu təsdiq və təqdir edirlər. Çünki cənab Prezident İlham Əliyev hər zaman Azərbaycanda jurnalistikanın inkişafına dəstək verib və bununla yanaşı, jurnalistlərin özünün həyat şəraitinin yaxşılaşdırılması, onların üzləşdiyi problemlərin həlli istiqamətində böyük addımlar atıb. Buna jurnalistlər üçün yeni mənzillərin tikilib istifadəyə verilməsini nümunə olaraq göstərə bilərik".Qənirə Paşayeva bildirib ki, dünyanın heç bir yerində dövlət jurnalistlər üçün pulsuz olaraq mənzil tikib onlara təqdim etmir: "Amma dövlət başçısının birbaşa təşəbbüsü və göstərişi ilə jurnalistlərə yeni mənzillər təqdim olundu. Bizim xeyli sayda jurnalistimizin bu mənzillərə böyük ehtiyacı var idi. Təbii ki, cənab İlham Əliyev bundan sonra da bu layihənin davam etdirilməsinə qərar verdi. Jurnalistlərin bütün fərdi problemlərinə (ideoloji və siyasi mənsubiyyətindən asılı olmayaraq) Azərbaycan Prezidenti tərəfindən müsbət cavab verilib. İlham Əliyev jurnalistlərlə görüşündə də birmənalı olaraq vurğuladı ki, Azərbaycanda jurnalistikanın inkişafına dəstək bundan sonra da davam etdiriləcək. Hesab edirəm ki, bundan sonra da jurnalistika ilə bağlı gözəl addımlar atılacaq".
sia.az