PDF Oxu

Siyasət

  • 37

“Şərq tərəfdaşlığı” Sammitinin yekun sənədi imzalanıb

“Şərq tərəfdaşlığı” Sammitinin yekun sənədi imzalanıb

Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramını Vilnüsdə keçirilən III zirvə toplantısının yekun Bəyannaməsi qəbul olunub. SİA-nın Avropa Birliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyənnamədə son 2 ildə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində viza rejiminin liberallaşdırılması, nəqliyyat, enerji, təhsil, gənclik siyasəti, ətraf mühit, vətəndaş cəmiyyətinin inkişafı sahələrində əldə olunan tərəqqi qeyd edilir və bu istiqamətlərdə əməkdaşlığın davam etdiriləcəyi bildirilir.Həmçinin bəyənnamədə AB və tərəfdaş ölkələr strateji baxımdan vacib sahələrdə sıx əməkdaşlıqlarını bundan sonra da inkişaf etdirəcəkləri vurğulanııb.Sənədə yaxın illər üçün qarşıya qoyulan məqsədlərə demokratiyanın inkişafı, insan haqlarına hörmətin təmin olunması və hüquq sahəsində islahatların davam etdirilməsi və digər məsələlər daxil edilib.Qeyd edək ki, "Şərq tərəfdaşlığı"ölkələrinin növbəti sammiti 2015-ci ilin ilk yarısında Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək.

sia.az

Digər xəbərlər