PDF Oxu

Siyasət

  • 39

“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində razılaşma əldə olunmasını istəyirik”

“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində razılaşma əldə olunmasını istəyirik”

Vilnüs Sammitinin iştirakçıları Avropa Birliyi ilə Azərbayan arasında imzalanan əməkdaşlıq sazişini müsbət qarşılayıblar. SİA-nın məlumatına görə, bu barədə Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsində bildirilir.Bəyənnamədə vurğulanır ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olduqdan sonra AB assosiasiya sazişi çərçivəsində dərinləşdirilmiş hərtərəfli azad ticarət sazişi (DCFTA) imzalamaqla bağlı Bakı ilə danışıqlara başlamağa hazırdır. Sənəddə həmçinin sammit iştirakçılarının münaqişələrin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi ilə bağlı fikirləri də yer alıb: "Biz Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Vyanada görüş keçirməsini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində danışıqları davam etdirmək haqqında razılaşma əldə etməsini dəstəkləyirik".Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 28-29-da Vilnüsdə keçirilib.

sia.az

Digər xəbərlər