PDF Oxu

Siyasət

  • 39

Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi BMT-nin Sənaye İnkişafı Təşkilatının 15-ci sessiyasında iştirak edəcəkdir

Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi BMT-nin Sənaye İnkişafı Təşkilatının 15-ci sessiyasında iştirak edəcəkdir

Azərbaycan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Vüsal Qasımlı BMT-nin Sənaye İnkişafı Təşkilatının "Yeni sənaye inqilabi və davamlı inkişaf üzrə əməkdaşlıq" mövzusunda Peruda keçiriləcək 15-ci sessiyasına dəvət almışdır.

SAM-ın mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, V.Qasımlı sessiya çərçivəsində keçiriləcək regionlararası debatda "İqtisadi diversifikasiya və sənaye siyasəti" mövzusunda məruzə ilə çıxış edəcəkdir. Debatda Azərbaycan təmsilçisi ilə yanaşı, Perunun istehsal naziri Gladys Triveno Chan, Norveçin Christian Michelson İnstitutunun alimi Dr. Arne Wiig, İslandiya Universitetinin professoru Thorvaldur Gylfason, Microsoftun Latın Amerikası üzrə vitse-prezidenti Barry Ridgway və başqaları iştirak edəcəklər.

BMT-nin Sənaye İnkişafı Təşkilatının 15-ci sessiyasında bir sıra ölkələrin yüksək vəzifəli şəxslərinin, həmçinin biznes və akademik dairələrin nümayəndələrinin iştirakı gözlənilir.

AzərTAc

Digər xəbərlər