PDF Oxu

Siyasət

  • 34

Azərbaycanın və Fransanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın və Fransanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Şərq intibahı dövrünün tanınmış Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilən tədbirlərlə əlaqədar Fransanın Reyms şəhərində işgüzar səfərdə olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev Şampan-Ardenn regional şurasının sədri Jan-Pol Başi ilə görüşüb.Şura sədri lll Bakı Beynəlxalq Humanitar Forumuna və Gəncə şəhərində keçirilən ll Beynəlxalq Üzüm və Şərab Festivalına dəvət edildiyinə görə, Azərbaycan hökumətinə, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya bir daha təşəkkürünü bildirib.Avropanın şərab istehsal edən regionları assambleyasının prezidenti kimi dünyada keçirilən üzüm və şərab festivallarında iştirak etdiyini xatırladan Jan-Pol Başi Beynəlxalq Üzüm və Şərab Təşkilatı katibinin də Gəncədə səfərdə olduğunu qeyd edib, Azərbaycanın ikinci şəhərindəki festivalın daha yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, bunun Fransa nümayəndə heyətində böyük təəssürat yaratdığını diqqətə çatdırıb.Görüşdə Fransanın Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanmış, Şampan-Ardenn regionu ilə Gəncə şəhəri arasında iqtisadi, mədəni, şərabçılıq, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

sia.az

Digər xəbərlər