PDF Oxu

Siyasət

  • 34

“Yeni nəsil: sərhədsiz məsuliyyət” III Beynəlxalq Gənclər Forumu təşkil edilib

“Yeni nəsil: sərhədsiz məsuliyyət” III Beynəlxalq Gənclər Forumu təşkil edilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Çeçenistanın Gənclər Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Rusiyanın Gənclər və Uşaq Təşkilatlarının Milli Şurası təşkilatçılığı ilə Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznı şəhərində "Yeni nəsil: sərhədsiz məsuliyyət" III Beynəlxalq Gənclər Forumu təşkil edilib. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, forumda ARGTMŞ sədri Şahin Seyidzadə, sədr müavini Ramiz Əliyev və ARGTMŞ idarə heyətinin üzvü Gülnarə Bağırova, Azərbaycan Resublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə millət vəkili Fuad Muradov, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun Aparat Rəhbəri Faiq Qürbətovun həmçinin qeyri-hökumət təşkilatları rəhbərləri, ictimai fəal gənclər iştirakı ilə əlli nəfərlik nümayəndə heyəti, eyni zamanda forumda Rusiyanın Təhsil və Elm Nazirliyi, Çeçenistanın Gənclər Nazirliyi və Rusiyanın Gənclər və Uşaq Təşkilatlarının Milli Şurası, Azərbaycan və Rusiyanın gənclərlə işləyən dövlət orqanları və hökumət nümayəndələri, iştirak edib."Yeni nəsil: sərhədsiz məsuliyyət" III Beynəlxalq Gənclər Forumunun məqsədi Azərbaycan və Rusiya gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu dəstəkləmək, gənc nəslin regionun dinc və davamlı inkişafında, konfliktlərin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətini artırmaqdır.Forumun açılış günündə rəsmilərin çıxışlarından sonra moderatorların başçılığı ilə müxtəlif mövzularda plenar görüşləri keçirilib. İstər rəsmilərin çıxışlarında istərsə də panel görüşlərində əsas müzakirə edilən məsələ qonşu ölkələrin gəncləri arasında mövcud münasibətlərin inkişaf etdirilməsi, onlar arasında mədəni dialoqun artırılması, gənclər və cəmiyyət arasında mənfi halların qarşısının alınmasıdır. Həmçinin forumun proqramı çərçivəsində hər iki ölkənin istedadlı gənc musiqiçilərinin iştirakı ilə mədəni gecə təşkil edilib.

sia.az

Digər xəbərlər