2014-cü ildə Azərbaycan ərazisi ilə Qazaxıstandan 4 milyon ton neft nəql olunacaq. SİA-nın məlumatına görə, bunu Azərbaycan Energetika Nazirliyinin İnvestisiya şöbəsinin rəhbəri Ramiz Rzayevin rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.O bildirb ki, indiyədək Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri ilə 230 milyon tondan çox neft ixrac olunub, dünya bazarlarına isə 225 milyon ton Azərbaycan nefti göndərilib: "Neft kəməri, habelə digər Xəzəryanı ölkələrdən neft nəqlində də mühüm rol oynayır. İndiyədək neft kəməri ilə 8,6 milyon ton türkmən nefti daşınıb. Bu məsələyə Qazaxıstan və Rusiya şirkətlərinin marağı artır və 2014-cü ildə Azərbaycan ərazisindən dörd milyon ton Qazaxıstan neftinin nəql olunmasına dair qərar bu marağın sübutudur".
sia.az