PDF Oxu

Siyasət

  • 20

Araz Əlizadə: “Putin Ermənistana ona görə getmişdi ki...”

Araz Əlizadə: “Putin Ermənistana ona görə getmişdi ki...”

"Ermənistan Putinin malikanəsidir"

"Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir dövlət Ermənistana təzyiq etməyəcək. Ermənistana təzyiq edə biləcək bir dövlət var, o da Azərbaycanın özüdür". Rusiya Prezidenti V.Putinin böyük nümayəndə heyəti ilə Ermənistana səfərini şərh edən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bu fikirləri SİA-ya açıqlamasında bildirib.Ermənistanın açıq şəkildə Rusiyanın itaətində olduğunu deyən partiya sədri əlavə edib ki, Ermənistan Putinin malikanəsidir: "Putin 600 nəfərlik nümayəndə heyəti ilə Ermənistana öz malikəsini təftiş etməyə getmişdi. Çünki Ermənistan öz müstəqilliyini çoxdan itirib. Ermənistanın iqtisadiyyatı da, büdcəsi də Rusiyanın əlindədir".

sia.az

Digər xəbərlər