PDF Oxu

Siyasət

  • 59

Əli Abbasov: Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir

Əli Abbasov: Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir

"Regionun informasiya və kommunikasiya texnologiyaları üzrə ən iri tədbiri olan bu sərgi və konfrans əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi, texniki və texnoloji yeniliklərlə tanış olmaq, qabaqcıl təcrübə mübadiləsi və faydalı əməkdaşlıq üçün əlverişli platformadır. Builki sərgidə dünyanın bir çox aparıcı İKT şirkətlərinin iştirakı, 20-dən çox ölkənin milli pavilyonlarının təşkili "Bakutel"in nüfuzunun ildən-ilə artmasını göstərir". Bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Ə.Abbasov bildirib ki, bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Onun sözlərinə görə, əhalinin 70%-i internet istifadəçisidir, 50%-i isə genişzolaqlı xidmətlərdən istifadə edir.

"Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, "3G" və "4G" texnologiyaları tətbiq edilir. Ölkə əhalisi rəqəmli televiziya yayımı ilə əhatə olunub. "Elektron hökumət" həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadə səviyyəsi artır. Kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini əhatə edən fiber-optik infrastrukturun qurulması və "evlərə optika" prinsipi ilə yüksəksürətli genişzolaqlı internet xidmətlərindən istifadə imkanı yaradan layihənin həyata keçirilməsinə hazırlıq aparılır"- deyə, nazir qeyd edib.

yap.org.az

Digər xəbərlər