PDF Oxu

Siyasət

  • 48

Novruz Məmmədov: Azərbaycanın Avrointeqrasiyada heç bir problemi yoxdur

Novruz Məmmədov: Azərbaycanın Avrointeqrasiyada heç bir problemi yoxdur

"Azərbaycan hakimiyyətinin Avrasiya İttifaqı ilə Avrointeqrasiya arasında seçim etmək üçün referendum keçirməyə hazırlaşması barədə müxalifət mətbuatında yazılanlar tam cəfəngiyatdır". Bunu jurnalistlərlə söhbətində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan hakimiyyətində bununla bağlı hər hansı bir məsələ müzakirə olunmur və gündəmdə deyil. Onun sözlərinə görə, Azərbaycanın Avrointeqrasiyada heç bir problemi yoxdur.

"Bu günlərdə Vilnüs sammitində Azərbaycanın dövlət başçısı 10-a yaxın dövlətin başçısı və rəhbərləri ilə görüş keçirib. Həmin görüşlər də qarşı tərəfin istəyi ilə baş tutub. Bu görüşlər zamanı da həmin ölkələrin rəhbərləri Azərbaycanla əməkdaşlığı müsbət saydıqlarını və ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər"- deyə, N.Məmmədov vurğulayıb.

yap.org.az

Digər xəbərlər