PDF Oxu

Siyasət

  • 43

Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədov Avropa Parlamentində keçiriləcək “Gələcək üçün xəritələr“ adlı tədbirdə Azərbaycanı təmsil edəcək

Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədov Avropa Parlamentində keçiriləcək “Gələcək üçün xəritələr“ adlı tədbirdə Azərbaycanı təmsil edəcək

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə müəyyənləşdirilmiş və onun siyasi məktəbinin ən layiqli davamçısı olaraq möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Respublikası Cənubi Qafqaz geosiyasi məkanında sürətlə regional liderdən qlobal əməkdaşlıq müstəvisində əhəmiyyətli mövqeyə malik ölkəyə çevrilməkdədir. Uğurla həyata keçirilən xarici siyasətin başlıca prioritetlərindən biri də Azərbaycan Respublikasının iqtisadiyyatının müxtəlif sahələrində Avropanın qabaqcıl təcrübəsinin öyrənilib tətbiq edilməsidir. Digər sahələrlə yanaşı, ölkəmizdə xəritəçəkmə və dövlət torpaq kadastrının aparılmasına məsul dövlət orqanı kimi müəyyənləşdirilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin də öz fəaliyyət istiqamətlərində Avropa ölkələri ilə əməkdaşlığı genişlənməkdədir.

Bu istiqamətdə əldə olunmuş nailiyyətlər arasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Azərbaycan Respublikasının Prezidentinin razılığına əsasən milli xəritəçəkmə və kadastr təşkilatlarının assosiasiyası olan "Eurogeographics" təşkilatının iyunun 11-12 –də Belçikada keçirilən Növbədənkənar Baş Assambleyasında həmin təşkilata üzv seçilməsi xüsusi yer tutur.

"EuroGeographics" təşkilatına üzvlüyün yaratdığı imkanlar içərisində məlumat və təcrübə mübadiləsi, üzvlərin ümumi maraqlarının Avropa səviyyəsində təmsil edilməsi, müştərək layihələrdə iştirak və milli məlumat standartlarının təkmilləşdirilməsi, ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq proqramlarında iştirak və texniki dəstəyin əldə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Təşkilat Avropanın digər təsisatları, xüsusən Avropa Komissiyası və Avropa Parlamenti ilə sıx əməkdaşlıq etdiyi üçün müəyyən siyasət, layihə və təşəbbüslərə öz müsbət təsirini göstərə bilər.

Təşkilata üzvlüyün yuxarıda sadalanan müsbət cəhətlərindən əlavə, Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarında toponimlərin saxtalaşdırılmasına qarşı tədbirlərin sözügedən təşkilatın çərçivəsində tənzimlənməsi perspektivinin mümkün olması, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bu sahədə zəngin təcrübəsi də olduqca önəmlidir.

Ölkəmizi bu mötəbər qurumda təmsil etmək kimi məsuliyyətli və şərəfli işin öhdəsindən gəlmək məqsədilə Komitə "Eurogeographics" təşkilatının Baş Assambleyalarının iclaslarında və biliklər mübadiləsi şəbəkələrinin fəaliyyətində yaxından iştirak edir.

"Eurogeographics" –in təşkilatçılığı ilə keçirilən daha bir önəmli tədbir dekabr ayının 3-də Belçika Krallığının paytaxtı Brusseldə Avropa Parlamentində baş tutacaq. "Gələcək üçün xəritələr" adlanan bu tədbir Avropa Məkan Çərçivə Proqramının təqdimatına həsr olunmaqla yanaşı, həmçinin milli xəritəçəkmə, kadastr və torpaq qeydiyyatı təşkilatlarına önəmli dəstək kimi də qiymətləndirilir. Avropa Parlamentində fərdi dəvətnamə ilə müvafiq sahələr üzrə məsul olan milli səviyyədə tanınmış qurumların rəhbərlərinin iştirak edəcəyi adıçəkilən qəbulda və "Eurogeographics" –in təqdimatında Azərbaycan Respublikasını Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov təmsil edəcəkdir.

2013-cü ilin martında başlanmış layihə üç il müddətində davam edəcək və İNSPİRE Direktivləri üzərində həyata keçirilən fəaliyyət əsasında ümumavropa "bulud" platformasını və veb-xidmətləri təqdim edəcəkdir.

Qeyd edək ki, tədbirin təşkilatçısı Avropa Parlamentinin deputatı Katarin Stihler və "Eurogeographics" təşkilatıdır.

yap.org.az

Digər xəbərlər