Milli Məclisin deputatları Asəf Hacıyev və Mübariz Qurbanlı Asiya Parlament Assambleyasının 6-cı plenar sessiyasında iştirak etmək üçün dekabrın 6-dan 13-dək Pakistanın İslamabad şəhərində səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, toplantıda qurumun daimi komitə sədrləri və sessiyanın plenar bürosunun üzvləri seçiləcək, təşkilatın fəaliyyəti, görülən işlər, qarşıda duran vəzifələrlə bağlı Asiya Parlament Assambleyası sədrinin və baş katibinin məruzələri dinləniləcəkdir. Bundan başqa, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı interaktiv müzakirələr aparılacaqdır.
Deputatlarımız səfər çərçivəsində təşkilatın İcraiyyə Şurası üzvlərinin ikinci görüşündə, sosial və mədəni, siyasi məsələlər daimi komitələrinin iclaslarında iştirak edəcəklər.
yap.org.az