Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Böyük Britaniyanın Parlament Araşdırmaları üzrə Beynəlxalq Mərkəzinin dəvətinə əsasən Malayziyanın paytaxtı Kuala-Lumpurda rəsmi səfərdədir.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildirmişlər ki, səfərin məqsədi Böyük Britaniyanın Parlament Araşdırmaları üzrə Beynəlxalq Mərkəzinin və Malyaziya Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə dekabrın 3-4-də keçiriləcək "XXI əsrdə seçki islahatları" mövzusunda VII Beynəlxalq Simpoziumda iştirak etməkdir.
Simpoziumun keçirilməsində məqsəd tədbirə qatılan müxtəlif ölkələrin seçki qurumları rəhbərlərinin və bu sahədə ekspertlərin seçki prosesi və onun idarə edilməsində əldə etdikləri təcrübələri bölüşmək və bununla bağlı fikir mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində MSK sədrinin bir sıra görüşləri də nəzərdə tutulmuşdur.
Məzahir Pənahovu MSK Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.
yap.org.az