PDF Oxu

Siyasət

  • 33

Azərbaycanın Litvadakı Səfirliyi 11-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib

Azərbaycanın Litvadakı Səfirliyi 11-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib

Azərbaycanın Litvadakı Səfirliyi bu ölkədə akkreditə olunan qırxdan artıq diplomatik nümayəndəliyin iştirakı ilə Ratuşada keçirilən 11-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirin keçirilməsinin əsas məqsədi yarmarkada satışa çıxarılan məhsullardan əldə olunan vəsaitlərin Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına köçürülməsi olub. Eyni zamanda, xeyriyyə yarmarkası iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin və mətbəxinin təbliği baxımından da böyük əhəmiyyət daşıyır.Səfir Həsən Məmmədzadə xeyriyyə yarmarkasında iştirak edən Litva Prezidenti xanım Dalya Qribauskayteyə Azərbaycan guşəsində nümayiş olunan məhsullar haqqında qısa məlumat verib.

sia.az

Digər xəbərlər