"Rauf Arifoğlunun Müsavatın Milli Şuradan imtina etmək istəməsi ilə bağlı söylədikləri doğru deyil. Biz bu məsələ ilə bağlı mövqeyimizi bildirmişik". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı, Rauf Arifoğlunun "İbrahimbəyov dirəniş nümayiş etdirsəydi, Müsavat Milli Şuradan çıxacaqdı" fikrinə münasibət bildirərkən söyləyib.O, həmçinin qeyd edib ki, R.Arifoğlunun açıqlamalarından belə başa düşülür ki, bizim Milli Şura ilə bağlı mövqeyimiz güya qaranlıqdır: "Bizim mövqeyimizdə qaranlıq hansısa məqam yoxdur və R.Arifoğlundan soruşmaq lazımdır ki, o, belə məlumatları haradan əldə edir".
sia.az