Rüstəm İbrahimbəyovun istefası məsələsi gündəmə çıxdıqdan sonra ənənəvi düşərgədə yaranmış təzadlı fikirlər bu gün də davam etməkdədir. Xüsusilə, El Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin İbrahimbəyovun istefasında təziqlər olduğunu iddia etməsi vəziyyəti daha da gərginləşdirib. Müxalifət kuluarlarında təziqin Müsavatçılar tərtəfindən edildiyi iddia olunur.Məsələ ilə bağlı AXCP sədrinin müavini Gözəl Bayramlı SİA-ya açıqlamasında qeyd edib ki, o, müsavatçıların təkidləri ilə istefa vermiş İbrahimbəyovun bu addımına təəssüflənir: "Mən sadəcə onu deyə bilərəm ki, İbrahimbəyovun istefasından təəssüf hissi keçirirəm. Yaxşı olardı ki, Eldəniz Quliyev də bu iddiasına açıqlama gətirsin".
sia.az