PDF Oxu

Siyasət

  • 49

Arzu Rəhimov: "Biz mətbuata açıq qurumuq"

Arzu Rəhimov: "Biz mətbuata açıq qurumuq"

"Orduda və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) aparılan işlər haqqında dolğun məlumat vermək üçün ixtisaslaşmış jurnalistlər olmalıdır". SİA-nın məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov deyib.SHXÇDX-nin rəisinin sözlərinə görə, xidmətin işləri haqqında məlumat vermək üçün, məhz ixtisaslaşmış kateqoriyalı jurnalistlər ayrılmalıdır: "Biz onlarla məşğələlər və kurslar keçirməyə hazırıq. Onlar bəzən yanlış məlumatlar yazırlar ki, bu da ictimaiyyət arasında müəyyən narahatçılığa gətirib çıxarır. Bizim qarşımızda əsas məqsəd hər gün yeniliyə və irəliyə doğru addımlamaqdır. Cənab Prezident İlham Əliyev tərəfindən yaradılan bu qurum da bizim qarşımızda ciddi vəzifələr qoyur. Biz ən başlıcası çalışmalıyıq ki, korrupsiyanın və rüşvətxorluğun qarşısını alaq. İstəyimiz odur ki, media hər zaman bizim yanlmızda olsun və lazım gələrsə, araşdırmalar aparsın. Biz mətbuata açıq qurumuq".

sia.az

Digər xəbərlər