PDF Oxu

Siyasət

  • 64

“Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi üzrə Türkiyə və Rusiya arasında razılaşma var”

“Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi üzrə Türkiyə və Rusiya arasında razılaşma var”

"Türkiyə ilə Rusiya arasında gündəlikdəki beynəlxalq problemlərin olması bu iki ölkənin münasibətlərini soyutmayacaq". SİA-nın məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.Politoloq bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanı Sankt-Peterburqda qəbul edərkən bildirdi: "Suriya məsələsi ilə yanaşı, Qarabağ məsələsi də müzakirə edildi. Rusiya ilə Türkiyə arasında Dağlıq Qarabağ tənzimlənməsi üzrə müəyyən razılaşmanın olduğunu R.T.Ərdoğanın dediklərindən başa düşmək olur. R.T.Ərdoğan Rusiyaya səfəri zamanı V.Putinlə ikitərəfli iqtisadi əməkdaşlıq və enerji məsələlərini müzakirə etdi. Suriya və Qarabağ tənzimləmələri də ciddi müzakirə edildi. R.T.Ərdoğanın mətbuat konfransında verdiyi bəyanatdan Qarabağ tənzimləməsi üzrə Türkiyə ilə Rusiya arasında ciddi razılaşmanın olduğunu başa düşmək olar".Politoloqun sözlərinə görə, V.Putin də Rusiya-Türkiyə münasibətlərinin inkişafını uğurlu hesab edir: "Onun fikrincə, beynəlxalq gündəliyin bəzi məsələləri üzrə fikirayrılığı Rusiya ilə Türkiyə münasibətlərinin soyumasına gətirib çıxarmayacaq. Soçi olimpiadasının təhlükəsizliyi də müzakirə edildi".M.Əhmədoğlu deyib ki, İranla "altılıq" arasında müqavilə imzalandıqdan dərhal sonra Rusiya AvroRƏMS-in gərəksizliyini gündəliyə gətirdi: "Qərblə İran arasındakı razılaşma İran təhlükəsini neytrallaşdırır və beləliklə RƏMS-ə ehtiyac yoxdur. NATO RF xarici işlər naziri S.Lavrovun bu fikrinə dərhal etiraz etdi. AvroRƏMS-in gərəksizliyinin gündəliyə gətirilməsi RF-Türkiyə münasibətlərinə təsirsiz qalmayacaq".Politoloq deyib ki, Rusiyanın daxilində olan bəzi qüvvələr Rusiya patriotu adı ilə anti-Türkiyə mövqeyi gücləndirməklə çərkəz məsələsini qızışdırırlar.


sia.az

Digər xəbərlər