Yaponiyanın rəsmi mənbələrinin bildirdiyinə görə, ABŞ-ın ticarət nümayəndəsi Maykl Froman bu Gündoğar ölkənin liderlərinə müraciət edərək, Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə azad ticarət müqaviləsi çərçivəsində bütün tariflərin ləğv edilməsini xahiş edib.M.Froman belə bir xahişlə dekabrın 1-də Tokioda iqtisadi bərpa naziri Akira Amari və digər nazirlərlə görüşü zamanı müraciət edib. Ticarət nümayəndəsi konkret olaraq tariflərin ləğvi barədə cədvəlin müzakirəsini təklif edib.TPP üzrə danışıqlarda iştirak edən ABŞ-ın və digər 10 ölkənin nümayəndələri bütün tariflərin ləğv edilməsini istəyirlər. Lakin Yaponiya nümayəndə heyəti belə bir addım atmağa hazır olmadıqlarını bildirib.
sia.az