Azərbaycanın xarici işlər naziri Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin dekabrın 4-də keçiriləcək iclasında iştirak etmək məqsədi ilə Belçikanın paytaxtı Brüsselə yola düşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Azərbaycan ISAF əməliyyatlarına verdiyi əhəmiyyətli töhfələrə görə NATO-nun yeni missiyasında potensial əməliyyat tərəfdaşı kimi qəbul edilmişdir.
yap.org.az